“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Bankının aylıq hesabatında bildirilir.

Məlumata görə, bu, yanvar ayı ilə müqayisədə 11% azdır. 

Ötən ay Gürcüstandan Azərbaycana isə 842,2 min dollar pul köçürülüb. Bu isə aylıq müqayisədə 2,1% çoxdur. 

Ümumilikdə isə fevralda Gürcüstana müxtəlif ölkələrdən, ümumilikdə, 125,5 mln. dollar köçürülüb ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 10,2% və yaxud 11,6 mln. dollar çoxdur.

Hesabat ayında qonşu ölkəyə ən çox pul köçürmələri Rusiyadan (31,62 mln. dollar) həyata keçirilib.