Ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib.

Bu barədə İqtisadiyyat.az-a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub.

Həmin hallarla bağlı araşdırma aparılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.