Bu gün dünyanın bir çox ölkələrində ətin qiyməti keyfiyyətinə, heyvanın cinsinə və digər amillərə görə tənzimlənir. Avropa Birliyinə üzv dövlətlərdə, həmçinin ABŞ-da da bu təcrübə həyata keçirilir. Təqdim olunan qiymətlər, üzərindəki təsnifat, yağlılıq dərəcəsi, heyvanın cinsinə nəzər yetirməklə həm münasib qiymətə ət seçmək, həm də ətin keyfiyyətli olub-olmamasını müəyyənləşdirmək mümkündür. Həmçinin bir müddət öncə Türkiyədə də ətin qiyməti ilə bağlı yeni siyasət müəyyənləşib.
Maraqlıdır, bu proqram Azərbaycanda tətbiq olunarsa, nə kimi töhfələr verə bilər?
İqtisadiyyat.az-nın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-Azərbaycan-a açıqlamasında belə bir proqramın ölkəmizdə tətbiqinin təsirlərindən danışıb:
"Elə ət məhsulları var ki, onların qiyməti kifayət qədər yüksəkdir. Bu cür ət məhsulları Cənubi Amerika və Avstraliyadan gətirilir. "Mərmər at" deyilən bir anlayış var. Bu ətin kilosu çox bahadır, bəzi hallarda 100 dollardan (170 AZN) da yüksək olur. Bunun da bəlli səbəbləri var. O səbəbdən düşünürəm ki, bütün ət məhsullarının müəyyən kateqoriyalarla təsnifləşdirilməsi müsbət hal kimi qiymətləndirilə bilər".
N.Cəfərli qeyd edib ki, bu siyasətin reallaşdırılması üçün Azərbaycanda infrastruktur yaradılmalıdır: "Bir sıra ölkələrdə ətin qiyməti onun keyfiyyəti, kalorisi, cinsi, yağlılığı və digər amillərdən asılı olaraq dəyişilir. Bu siyasət həmin ölkələrdə uğurla reallaşdırılır. Lakin Azərbaycanda bu siyasətin uğurla reallaşdırılması üçün bir infrastruktur formalaşmayıb. Bunun üçün ilk olaraq potensial istehsalçıların qeydiyyatı aparılmalıdır".
"Azərbaycanda ət bazarında yerli məhsullar üstünlük təşkil etdiyi üçün çox zaman kənd yerlərində fermerlər kəsdikləri əti qapılarında satırlar. İstehsalçıların qeydiyyatı olmadığı üçün biz ölkədə nə qədər ətin istehsal olunması haqda dəqiq rəqəmlərə sahib deyilik . Bundan sonra isə ətlər markalanmalıdır. Növbəti mərhələdə isə prosesin daha asan reallaşması üçün elektron fəaliyyətə keçirilməlidir" – deyə ekspert əlavə edib.
N.Cəfərli hesab edir ki, bu siyasət ölkəmizdə də tətbiq edilərsə, ətin markalaşması prosesi istehsalçıların qeydiyyata alınması ilə paralel həyata keçirilməlidir: "Markalaşma olduqdan sonra ətin təbiiliyi, yağlılığı, heyvanın cinsinə görə qiymət fərqləri yarana bilər. Avropada elə ərzaq dükanları var ki, orada heyvanın yemində heç bir qatqıdan istifadə olunmayan kənd təsərrüfatı məhsulları satılır. Bu məhsullar sırasında ət məhsulları da var və qiymətlər digərləri ilə müqayisədə fərqlidir".
"Azərbaycanda da belə bir praktikanın həyata keçirilməsi ilk olaraq alıcılar üçün daha müsbət addım kimi qiymətləndirilə bilər. Çünki yalnız bu zaman alıcı almaq istədiyi ətin tərkibi haqda məlumatlı olacaq" – deyə o qeyd edib.
Bu gün Azərbaycanda ətin keyfiyyəti və tərkibindən asılı olmayaraq qiyməti 10-14 manat arasında dəyişilir. Ölkədə orta aylıq əmək haqqının 544.1 manat olması isə əhaliyə kifayət qədər ət istehlak etməyə imkan vermir. Məhz bu səbəbdən də Azərbaycanda adambaşına düşən ət istehlakı digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. chartsbin.com-un hesabatına görə, ölkəmizdə ət istehlakında adambaşına düşən illik rəqəm 32 kiloqramdır.
İllik olaraq ət istehsalı ilə bağlı rəqəmlərə nəzər saldıqda Azərbaycanın bir sıra ölkələrdən geridə olduğunu görə bilərik. ourworldindata.org-un yayımladığı son hesabata görə, Azərbaycanda 122.370 ton ət istehsal olunub. Rusiyada bu rəqəm 3.77, İranda 2.8, Türkiyədə 1.91, Ukraynada 1.17, Cənubi Afrikada 1.71 milyon ton ət istehsal olunur. ABŞ-da isə bu rəqəm qat-qat yüksək olaraq, 20.39 milyon təşkil edir.
Xəbər lenti
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
20 May,23:05
ABŞ İrana başsağlığı verib
20 May,22:58
Miller: İran helikopterin qəzaya uğramasından sonra ABŞ-dən kömək istəyib
20 May,22:44
Muxtar Babayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri arasında görüş olub
20 May,22:29
İranda növbədənkənar prezident seçkilərinin vaxtı açıqlanıb
20 May,22:25
Türkiyədə bir günlük matəm elan olunub
20 May,22:17
Bu rayonun qaz təchizatında fasilə olacaq
20 May,22:12
COP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilib
20 May,21:46
Türkiyə Netanyahu ilə bağlı qərarı müsbət adlandırıb
20 May,21:44
İsrail naziri Netanyahunu ICC-yə məhəl qoymamağa çağırıb
20 May,21:30
QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb
20 May,21:15
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib - YENİLƏNİB
20 May,21:02
Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA
20 May,20:56
Ərdoğan İrana başsağlığı verib
20 May,20:33
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
20 May,20:09
FT: ABŞ çətin ki, Rusiya və Çin arasında münasibətləri parçalaya bilsin
20 May,20:01
Azərbaycan cüdoçusu dünya çempionu oldu
20 May,20:00
Bakıdakı səfirlikdə İran Prezidentinin xatirəsi yad edilir
20 May,19:46
Azərbaycanda elektrik şəbəkələrinin mühafizə zonaları ilə bağlı tələblər təsdiqlənib
20 May,19:36
"Neftçi-2" Azərbaycan çempionu oldu
20 May,19:33
Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib
20 May,19:24
Azərbaycan və Latviya parlamentlərinin sədrləri ikitərəfəli əlaqələri müzakirə edib
20 May,19:12
QMİ-nin sədri İranın Ali Rəhbərinə başsağlığı verib
20 May,18:59
Hərbi xidmətlə əlaqədar yekun tibbi müayinənin aparılması qaydası müəyyənləşib
20 May,18:05
"Azərişığ"ın Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb
20 May,18:00
"Səba"nın təsisçisi olduğu 1 milyonluq şirkət bağlandı
20 May,17:53
Kəmaləddin Heydərov idarə rəisini işdən çıxardı
20 May,17:48
Bu şəxslərin maaşlarına aylıq əlavələr müəyyənləşdi
20 May,17:45
Baş nazir ərzaq məhsulları ilə bağlı yeni qərar imzaladı
20 May,17:41
Bu universitetin yeni binasının tikintisinə 1,1 milyon manat ayrılacaq
20 May,17:35
Mikayıl Cabbarovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
20 May,17:32
Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb
20 May,17:15
Azərbaycan neftini ən çox hansı ölkələr alıb? - CƏDVƏL
20 May,17:12
Cavanşir körpüsü sökülür, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
20 May,17:09
Nazir Fuad Bağırovu rəis vəzifəsindən azad etdi - Yeni təyinat
20 May,17:07
Prezident hərbi xidmətə çağırılma və ehtiyata buraxılma ilə bağlı Sərəncam imzalayıb
20 May,17:00
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
20 May,16:59
Qarabağ Universitetinin 45 yaşlı rektoru kimdir? - DOSYE
20 May,16:57
Mayda 8 sel, 54 dolu hadisəsi qeydə alınıb
20 May,16:56
Qarabağ Universitetinə rektor təyin edildi
20 May,16:53
Çox oxunanlar
Azərbaycanda məşhur müğənni 400 min manata məscid tikdirdi - VİDEO
İyunun 1-dən taksilərdə minimal gedişhaqqı 4,5 manat olacaq
"Rabitəbank"ın “yaşıl” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
“Trendyol” Azərbaycanda qiymətləri artırıb? - RƏSMİ AÇIQLAMA
Vəsiyyəti reallaşan şəhidimizin abidəsi ucaldıldı - FOTO
Aynur Sabitova vəzifəsindən azad edildi
Xırdalanda küçə itləri problemi: böyüklər işə, uşaqlar məktəbə qorxaraq gedir - FOTO - RƏSMİ AÇIQLAMA
Bakıda bu körpü sökülür: gələn həftədən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
"Bank VTB" işdən çıxarılan sabiq əməkdaşının maaşını niyə vermir?
Təyyarə qəzalarında ölən prezidentlər – SİYAHI
Bakının məşhur hotelində 12 milyon manata mənzil satılır
FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
“Hökumət evi”ndə 1 milyon manatlıq təmir işləri aparılacaq
Azərbaycanda 9 şirkət tenderlərdə iştirakdan çıxarıldı - SƏBƏB
Nazir idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı
Qarabağ Universitetinin 45 yaşlı rektoru kimdir? - DOSYE
Lənkəranda meyiti tapılan tələbə ilə bağlı təfərrüatlar - YENİLƏNİB - FOTO
Üzərində reklam olan avtomobillərin sayı arta bilər - AÇIQLAMA
Bu ölkələr heç vaxt "Avroviziya"da qalib olmayıb - SİYAHI
“Azercell Telekom” bəzi tarifləri artırdı, bəzi paketləri isə ləğv etdi
Aynur Sabitova: "Yeni vəzifəyə təyinat almamışam"
İşdən çıxarılan əməkdaşı "Bank of Baku"nu məhkəməyə verib
Dövlət Məşğulluq Agentliyi 67 milyon manatlıq mal-qara alır - SİYAHI
BDU-da “Məzun Günü”nə xarici müğənni də gətiriləcək - MƏBLƏĞ
Peşə Təhsil Mərkəzi İsveçrə universiteti ilə əməkdaşlığa başlayır - FOTO
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB
Bu məktəbin direktoru vəzifəsindən azad edildi
Azərbaycanda bu kənddəki tarixi evlər bərpa olunacaq
Ali Məhkəmədən vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir QƏRAR
Bloklanan bank kartından vəsait oğurlana bilərmi?
Yay mövsümü yaxınlaşır: turpaketlərin qiyməti neçəyədir?
Hazırda dünya ölkələrində benzin neçəyədir? - ARAŞDIRMA
Azərbaycanda unun topdansatış qiyməti açıqlanıb - SİYAHI
Gül mağazasında baş verən yanğın söndürülüb - YENİLƏNİB - 2
Azərbaycanda bu psixologiya mərkəzi müflis oldu
"Trendyol" çatdırılma xidmətlərini niyə bahalaşdırdı? - EKSPERT ŞƏRHİ
Bakıda Azərbaycan və Belarus XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB - 1
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - YENİLƏNİB
Azərbaycanda məktəb direktoru cərimələndi - SƏBƏB