Azərbaycanda toyuq yumurtasının maya dəyəri 11 qəpiyə bərabərdir.
İqtisadiyyat.az açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, son 10 ildə yumurtanın maya dəyəri 57% və ya 4 qəpik artıb.
Məlumat üçün bildirək ki, hazırda marketlərdə satılan yumurtanın qiyməti 8-10 qəpik arasında dəyişir və bu qiymət, göründüyü kimi maya dəyərindən aşağıdır.
Məsələ ilə bağlı açıqlama verən Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, bu hal mövsümi xarakter daşıyır və müvəqqətidir:  "İstehsalın həddindən artıq çox olması və yumurtanın da tez xarab olan məhsul olması onun qiymətinin belə aşağı düşməsinə səbəb olub. Bu hal mövsümi xarakter daşıyır". yeniavaz.com