“Lənkəran-Konserv” ASC ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ASC-nin səhmdarlarının ümumi yığıncağında qərar qəbul olunub.

Cəmiyyətin kollegial icra orqanı olan İdarə Heyətinin sədri və onun üzvlərinin, eləcə də Direktorlar Şurasının sədri və onun üzvlərinin səlahiyyətlərinə, bununla da bu idarəetmə orqanların fəaliyyətinə xitam verilib.

Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızları dövriyyədən çıxarılacaq və ləğv ediləcək.

Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi üçün 15 gün ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət ediləcək.

Qeyd edək ki, ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 862 402 manatdır.