Bugün II Fəxri Xiyabanda Hadrut istiqamətində şəhid olan 8 nəfərlik xüsusi təyinatlı dəstənin 22-ci ildönümü qeyd olunub. Həmin dəstə Müdafiə Nazirliyinin müvafiq əmri ilə döyüş əməliyyatına yollanıb, şiddətli döyüşdən geri qayıdarkən düşmən tərəfindən mühasirəyə düşüblər. Əsir düşməmək üçün özlərini əl qumbarası ilə partladaraq şəhidlik zirvəsinə ucalıblar. İldönümü mərasimində şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, veteranlar iştirak ediblər.

Mərasimdə iştirak edən tanınmış kinorejissor Nicat Cəlilov İqtisadiyyat.Az-a açıqlama verərkən 8 kəşfiyyatçı üçün ssenari yazaraq, onlar haqqında “8 oğul istərəm” adlı serial çəkməyi planlaşdırdığını deyib:

“Onlar haqqında digər insanlardan daha çox məlumatlıyam. Aralarında tək sağ qalan Aqil Əhmədovu ən yuxarı səviyyədə qoruyub saxlamalıyıq. Allahdan şəhidlərimizə rəhmət diləyirəm”.