2022-ci ili Azərbaycanda iqtisadi baxımdan bir sıra yeniliklər və uğurlarla zəngin olan il olaraq adlandırmaq olar. Beləki  məhz bu ildə böyük qayıdışa dair birinci dövlət proqramı tərtib olundu. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində fəaliyyət göstərəcək sahibkarlara ciddi şəkildə güzəşt mexanizmi qanunla təsdiq olundu.  

İqtisadçı Eldəniz Əmirov İqtisadiyyat.az saytına ilin yekunlarına dair verdiyi açıqlamasında bildirib ki, Azərbaycan höküməti ilə həm region, həm də Avropanın müxtəlif ölkələri arasında əhəmiyyətli müqavilə və memorandumlar imzalandı. Müqavilə və memorandumların imzalanması, perspektivdə birgə əməkdaşlığın daha uğurlu həyata keçirilməsi üçün vacib məsələ idi.

Dövlət büdcəsinin gəlirləri 29.1 milyard manatdan 30.8 milyard manata qədər yüksəldi. Təhsil və səhiyyə xərcləri əhəmiyyətli dərəcədə yüksəldildi.

Ölkənin valyuta ehtiyyatları Mərkəzi Bankda 7.9 milyard dollara, Dövlət neft fondunda isə 45.4 milyard dollara qədər artdı ki, bu da nəticədə 55 milyard dollara yaxın valyuta ehtiyyatlarının formalaşdırdı. 

Hesabat dövründə kapital qoyuluşları 13 milyardan çox yuxarı səviyyəyə qalxaraq, ötən ilin eyni dövrü ilə müqayisədə 8 faizdən daha çox dəyərləndirilib.

Kənd təsərüfatları məhsul istehsalı 11 milyard dollara yaxınlaşdı. Bu göstərici də ötən illə müqayisədə 3-4 faiz həcmində artım olduğunu göstərir. Sənaye məhsullarının istehsalında, qeyri-neft sektorunda da artım müşahidə edildi. Artımlar sırasına qeyri-neft ixracını da əlavə edə bilərik. Həmçinin, ölkədə elektron ticarətin təşviqi nəticəsində bu göstəricilərdə də ciddi atımlar müşahidə edildi. 

Ötən ilin göstəricisinə görə, 92.8 milyard ÜDM olmuşdusa bu il bu göstərici 100 milyardı ötərək, 105 milyard civarında formalaşacağı gözlənilir. Minumum əmək haqqı 250 manatdan 300 manata qaldırıldı. Pensiyaların indeksiyasiya edilməsi ilə bağlı yeni yanaşma tətbiq olundu. 

Alternativ enerji mənbələrinə keçidlə bağlı ciddi addımlar atıldı. Böyük Britaniya və ərəb şirkəti ilə alternativ enerji mənbələrinə investasiya yatırmaları ilə bağlı razılıq əldə olundu. 

Azərbaycan bu il Avropa İttifaqına və İttifaqa daxil olan ölkələrə daha da yaxınlaşdı. Münasibətlər yaxşılaşdırıldı. Aİ ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalandı. Nəticədə ilk dəfə qaz gəlirləri neft gəlirlərinə bərabər səviyəyə yüksəldi.  

Ötən il Avropaya ixrac etdiyimiz qaz 9 milyard mlrd/kub-ə çatmasa da, bu il 11 milyard mlrd/kub qaz ixracı il sonunadək tamamlanacağı gözlənilir.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq, bərpa işləri və infrastruktur layihələri böyük ölçüdə genişləndirildi. Eyni zamanda Zəngilan hava limanıın açılışı oldu. 

Azərbaycanda bir çox uğurlara imza atılsa da infilasiya səviyyəsi ilə bağlı göstərici son illərin ən yüksək həddə çatdı. Dövlət tərəfindən anti-infilasiya tədbirləri görülsə də, infilasiyanın qlobal olması nəticəsində infilasiya tək rəqəmli qalmadı. İnfilasiya təxminən 14 faiz müşahidə edildi. Ərzaq infilasiyası isə 20 faizdən çox oldu. Dövlət idxalın təşviqi, sahibkarlara dəstəyin göstərilməsi, əməkhaqların artırılması ilə bağlı ilin əvvəlindən verilmiş qərarları az təminatlı ailələrə bu və ya digər formada dəstəyin göstərilməsi istiqamətində müşahidə edildi. Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin qaldırılması ilə infilyasiya cilovlandı. Bu tədbirlər əhəmiyyətli idi. Çünki tədbirlər olmasaydı infilasiya səviyyəsi daha yüksək olardı. 

Ən əsası 2022-ci ildə manatın ucuzlaşması baş vermədi. Dövlət makro iqtisadiyyatı qoruyub saxlamaq üçün milli valyutanın məzənnə stabilliyinə üstünlük verdi.