Azərbaycan oktyabrın 5-9-dək Almaniyanın Köln şəhərində keçiriləcək “Anuga 2019” ərzaq sərgisində təmsil olunacaq.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.

Y.Abdullayev diqqətə çatdırıb ki, qida sənayesi sahəsində fəaliyyət göstərən 25 şirkət sərgidə vahid ölkə stendində iştirak edəcək.