Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 20,6 milyon dollar dəyərində 27,7 min ton şəkər ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6,8 milyon dollar, həcm baxımından isə 25 % azdır.

Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 0,76 % təşkil edib.

 

Gözəl Həşimova