Azərbaycanın bu ilin yanvar-noyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 224,5 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 milyon dollar çoxdur.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycan şəkər idxalına 207,3 milyon dollar xərcləyib.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,42%-ni təşkil edib.

 

Gözəl Həşimova