Bu ilin fevral ayında Türkiyənin Ərzurum şəhərindən xarici ölkələrə həyata keçirilən ixracın dəyərinə görə Azərbaycan lider olub.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, ay ərzində 15 ölkə buradan mal idxal edib ki, bunun da 20,7%-i və yaxud 569,9 min ABŞ dolları dəyərində olan hissəsi Azərbaycanın payına düşüb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 30,6% çoxdur. 

Yanvar-fevral aylarında isə Ərzurumdan 18 ölkəyə ixrac həyata keçirilib. Azərbaycan bu baxımdan 2-ci yeri tutub.