Gürcüstanda naringi ixracı aktiv fazaya daxil olub, bu il ən azı 55 min ton məhsul yığılması gözlənilir.

Bu barədə Gürcüstan sitrus meyvələrinin yığılması, qəbulu, emalı və ixracının təşkili üzrə əlaqələndirmə qərargahından məlumat verilib.

Bu günə qədər xarici bazara 10 min 235 ton naringi ixrac edilib ki, bunun da 6 min 235 tonu (bütün ixracın 60%-dən çoxu) Rusiyanın payına düşüb.

Bu məhsulun digər ənənəvi idxalçıları arasında Ukrayna (1 min 836 ton), Ermənistan (1 min 809 ton), o cümlədən Belarus, Qazaxıstan və Azərbaycan da var.

2018-ci ildə Gürcüstan 28 min ton naringi ixrac edib ki, bu da 2017-ci illə müqayisədə 19% çoxdur. Rusiyaya 18,5 min tona yaxın naringi (bütün ixracın 66%-i) ixrac edilib.

(Marja)