Azərbaycana bu ilin yanvar-avqust ayları ərzində 245,5 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 8,4 milyon dollar azalıb.

Əlavə edək ki, bu dövrdə ölkəyə 183,5 milyon ABŞ dolları dəyərində 668,3 min ton buğda idxal edilib. 

 

Gözəl Həşimova