Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi Azərbaycana gətirilib.

İqtisadiyyat.az xəbər verir ki, onun cənazəsi ailəsinə təhvil verilib.

 

***

15.08

Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi Azərbaycana gətirilir.

Bu barədə İqtisadiyyat.az-a Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

Onun sözlərinə görə, sənətçinin cənazəsini gətirən təyyarə artıq Bakıya yola düşüb.

"Dəfn yeri hələlik məlum deyil. İlkin məlumata görə, mərhum sənətkarın cənazəsi Suraxanıda ata evindən qaldırılacaq", - A.Kərimova deyib.

 

Sadiq Cavadov