'Sığorta sahəsidə müştəri məmnuniyyəti tam təmin edilməyib. Gecikdirilmiş ödənişlər məsələsi əvvəlki kimi olmasa da, hələ də aktual olaraq qalır'.

Bunu sığorta mütəxəssisi Hikmət Allahverdi bildirib.

Mütəxəssisin sözlərinə görə, zərərin qiymətləndirilməsi, ödənişin həyata keçirilməsi və ya təmir məsələsi kimi problemlər hələ də tam şəkildə öz həllini tapmayıb və bu məsələdə birmənalı olaraq sığorta şirkətlərini günahlandırmaq olmur: 'Sadə bir misal çəkəcəm: 1987-ci ilin VAZ markalı bir avtomobili qəza nəticəsində zərər görür. Bu avtomobilin real bazar dəyəri misal üçün 1500 manat civarındadır. Təmir xərcləri isə 2500 manatdan çoxdur. Bu halda sığorta şirkəti haqlı olaraq bu avtomobilin təmirini məqbul saymayacaq... Təbii ki, bütün hallarda sığorta şirkətləri haqlı deyil, dəymiş zərərin məbləğini bilərəkdən azaltma, ödəniş məbləğinin gecikdirilməsi halları da vardır. Amma əvvəlki illərlə müqayisədə bu sahədə kifayət qədər irəliləyiş var'. marja