“Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev Azərbaycan Sığortaçılar Assosiasiyaının (ASA) sədri təyin edilib.
İQTİSADİYYAT.AZ FED.az-a istinadən xəbər verir ki, bu barədə A.Əliyev məlumat verib. A.Əliyev bildirib ki, təyinatla bağlı qərar cari ilin yanvar ayının 18-də verilib. 'Bu gündən işimin icrasına başlamışam. Hazırda müvafiq sənədlərin təsdiqi ilə bağlı Palataya müraciət etməyə hazırlaşırıq'.

Qeyd edək ki, ASA-da sədr vəzifəsini Mustafa Abbasbəyli icra edib. M.Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin edilib və nazirin yeni müşaviri yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.