İyul ayında ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

2021-ci ilin iyul ayında ailə başçısını itirməyə görə 180 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

Onlardan 131 min nəfərdən çoxu pensiya, 48 min nəfərdən çoxu isə müavinət alıb.