Abşeronda tanışını bıçaqlayan şəxs saxlanılıb.
İqtisadiyyat.az xəbər verir ki, bıçaqlanma hadisəsi Məmmədli qəsəbəsi ərazisində yerləşən “Zəngin süfrə” kafesinin yaxınlığında baş verib.
1968-ci il təvəllüdlü Əliyev Şahin Arif oğlu aralarında yaranmış mübahisə zamanı 1985-ci il təvəllüdlü Əmirov Yedulla Kazım oğlunu bıçaqlayıb.
Şahin Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.