Amerika fond bazarında "Dow Jones" indeksi 0,25% - 26 438,48 bəndədək, "S&P 500" 0,45% - 2 932,47 bəndədək, NASDAQ isə 0,50% - 8 123,29 bəndədək azalıb.

İqtisadiyyat.Az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,40% - 7 380,64 bəndədək artıb, Almaniya DAX-ı 1,01% - 12 286,88 bəndədək, Fransa CAC-40-ı isə 1,18% - 5 483,52 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,40 dollar bahalaşaraq 1 284,20 dollara, gümüşün unsiyasının qiyməti isə dəyişməyərək 14,93 dollara satılıb.