ABŞ Federal Ehtiyat Bankının (FED) rəhbəri Jerome H. Pauel, siyasi faizləri 2,25% ilə 2,50% aralığında sabit saxlamağa qərar verildiyini açıqladı.

İqtisadiyyat.az “Anadolu Xəbər Agentliyi”nə istinadən məlumat verir ki, ABŞ Federal Bankının (FED) rəhbəri Jerome H. Pouel, siyasi faizləri ilə əlaqədar təyin olunan mətbuat konfransında açıqlama verib.

FED-in qərarı ilə dəyişməz siyasi faizlərin saxlanıldığını deyən Pouel,-“Qlobal iqtisadi və maliyyə inkişafı və inflyasiya təzyiqlərinin azalması baxımından, komitə, gələcək federal maliyyələşdirmə hədəfi aralığının tənzimlənməsi qərarı ilə səbirli olacaq '-söyləyib.

Digər tərəfdən Pouel, ABŞ-da xərclərin artdığını qeyd edərək, iqtisadi fəaliyyətdə artımın güclü bir şəkildə davam etdiyini də dilə gətirib.