Biləsuvar sakininin buzlu yolda yıxılıb ölməsinin bəzi təfərrüatları məlum olub. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şaxtalı havada yolların buz bağlaması 65 yaşlı kişinin ölümünə səbəb olub. 

Bədbəxt hadisə bu gün axşam saatlarında Biləsuvar şəhərində qeydə alınıb.

Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb. 

Başından ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib. 

Məlumata görə, 65 yaşlı kişi azyaşlı nəvəsini buzlu yollardan qorumaq üçün məktəbdən evə gətirən zaman yıxılaraq ölüb.