“Xətai Təmir-Tikinti-1” ASC özünün 2018-ci il üçün balans hesabatını açıqlayıb. FED.az xəbər verir ki, şirkətin göstəriciəri müəssisənin demək olar ki, işləmədiyini və böyük zərərdə olduğunu göstərir.

Hesabata görə, ötən il “Xətai Təmir-Tikinti-1” ASC cəmi 10 680 manat gəlir əldə edib, bunun 10 343 manat xərclərə gedib. Nəticədə “Xətai Təmir-Tikinti-1” ASC ötən ili cəmi 337 manat əməliyyat mənfəətilə, 67 manat mənfəət vergisi çıxılandan sonra isə cəmi 270 manat xalis mənfəətlə başa vurub.
Bu vəziyyətdə işləməsi şirkətin nizamnamə kapitalını da «yeyib». “Xətai Təmir-Tikinti-1” ASC-nin nizamnamə kapitplı 26 038 manat olsa da, indiyədə yığılmış 25 mindən artıq zərəri var. NNəticədə 2018-ci ilin sonuna şirkətin cəmi kapitalı 323 manatdır. Yeri gəlmişkən, 2017-ci ilin sonunda bu göstərici ümumiyyətlə 53 manat olub.

Şirkətin heç bir uzunmüddətli aktivləri – torpaq, tikili və avadanlıqları yoxdur. Yalnız ümumi məbləği 4200 manat olan debitor borcları və 314 manat nağd pulu var.