Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə əldə etdikləri medalların sayı bəlli olub.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin prezidentinin köməkçisi Kamal Məmmədov ilin yekunlarına həsr edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, ümumilikdə 77 medal qazanılıb: “Bunlardan 26-sı qızıl, 18-i gümüş, 33-ü isə bürünc medaldır”.