"Dünya ciddi çağırışlar və dramatik dəyişikliklər dövrünə qədəm qoyub. Bu, təkcə ayrı-ayrı sənaye sahələrinə deyil, həm də bütün ölkələrə və regionlara aiddir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, yalnız güclü, sabit və suveren ölkə bu mərhələni uğurla keçərək yeni qlobal iqtisadiyyatın inkişaf mərkəzlərindən birinə çevrilə bilər.

Putin qeyd edib ki, belə bir ölkə güclü sənayeyə, texnologiyaya, infrastruktura, maliyyə potensialına və öz dinamik bazarına malik olmalıdır.

 

Gözəl Həşimova