Bakıda “RAHAT Supermarket”in icarəyə götürdüyü obyekt satışa çıxarılıb.
İqtisadiyyat.az xəbər verir ki, obyekt Sabunçu rayonunda "Ləhiş bağları" kimi tanınan ərazidə yerləşir.
900 kvadrat metrə malik olan obyekt 2022-ci ildən sonra “RAHAT Supermarket”, “Dezinfeksiya Mərkəzi” və “Bağban Xidməti”nə icarəyə verilib.
Obyektin aylıq icarə haqqı ümumilikdə 6 000 manat təşkil edir.
Sahibi obyekti 1 500 000 manata satışa çıxarıb.