Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələri üçün 2023-cü il üzrə maliyyə hesabatlarının auditi keçiriləcək.
Bu barədə İqtisadiyyat.az nazirlikdən məlumat əldə edib.
Maliyyə hesabatlarının auditi kənar auditor (auditorlar) tərəfindən aparılacaq.
Qeyd edək ki, ötən il müvafiq əmrlə Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsinə Sahir Kamil oğlu Rüstəmov təyinat alıb.