"Baker Tilly" şirkətinin direktoru Niyazi Abbasovun Fins.az-a verdiyi müsahibəsini təqdim edirik:

1) Özünüz haqqında məlumat verərdiniz?

Mən Niyazi Abbasov, uzun illər Gilan Holding (FMCG portfeldə) və Modern Holdingdə baş maliyyə direktoru vəzifəsində çalışmış və maliyyə idarəetməsi sahəsində 16 il iş təcrübəsinə sahibəm. Karyeramın 10 ilə yaxın PwC və Baker Tilly şirkətlərində ölkənin aparıcı şirkətlərinə və bir sıra beynəlxalq şirkətlərə audit və konsaltinq xidmətləri göstərmişəm. 2011 ci ildən Xəzər Universiteti MBA fakultəsində və ADA universitetin mühazirələr verirəm. Böyük Britaniya Mühasiblər Assosiyasiyasının üzvüyəm.

2) Azərbaycanda sahibkar kimi fəaliyyət göstərmək bir insandan nələr tələb edir?

Azərbaycanda sahibkar kimi fəaliyyət göstərmək üçün yüksək professionallıq, liderlik, peşəkar network, məqsədyönlülük və işin incəliklərini bilmək tələb edir. Ən əsası isə düşünrəm ki müvəffəqiyyətli sahibkarda ünsiyyət qurma və insanlarla işləmə bacarığı yüksək səviyyədə olmalıdır.

3) İş prosesiniz haqqında məlumat verərdiniz?

Mən Baker Tilly beynəlxalq audit və konaaltinq şirkətində hazırda biznes konsaltinq üzrə director vəzifəsində çalışıram. Şirkətlərə maliyyə sistemlərinin qurulması, proqram təminatlarının tətbiqi, şirkətlərə əsas vəsaitlərin və biznes dəyərinin qiymətləndirilməsi üzrə xidmətlərin göstərilməsi, maliyyə sahəsində ətraflı təhlil (Due Diligence), biznes planların hazırlanması, daxili nəzarət sisteminin qurulması kimi xidmətləri göstəririk. Ölkədə fəaliyyət göstərən aparıcı şirkətlərlə hal hazırda sıx əməkdaşlığımız var.

4) İşçiləri hansı meyarlara görə işə qəbul edirsiniz, onlardan əsas nə tələb olunur?

İşə qəbul prosesində ən çox diqqət etdiyimiz 3 əsas meyar var.

1. Namizəddə güclü təhsil bazasının olması

2. Seçdiyi istiqamətdə böyümək həvəsinin və istəyinin olması

3. Dəyişikliklərə tez adaptasiya olma qabiliyyəti

5) Sizcə hər bir sahibkarın mütləq liderlik qabiliyyəti də olmalıdır?

Məncə bu birinci növbədə tələb olunan kriteriyadır. Komandanı qoyulmuş biznes strategiya istiqamətində yönəltmək üçün güclü liderlik və xarizma tələb olunur.

6) Azərbaycanlı sahibkarların ən böyük problemi nədir?

Ən böyük problem ixtisaslı kadrların çatışmaması görürəm. Xüsusilə İT biliklər, kreativlik tələb olunan sahələrdə kadr çatışmamazlığı daha yüksəkdir.

 

 

7) Öz biliklərinizi, təcrübənizi konfranslarda, tədbirlərdə bölüşürsünüz. Bəs müəllimlik fəaliyyəti, sırf maliyyə yönümlü fakültədə müzahirə demək haqqında fikirləşirsiniz?

Tədrislə artıq 10 ilə yaxındır məşğul oluram. Xəzər universitetində və ADA universitetində maliyyə mühasibatlıq üzrə dərslər verirəm. Tədris vermək mənim xobbimdir həm də biliklərimi tələbələrlə cəmiyyətlə bölüşməyi özumdə sosial məsuliyyət kimi görürəm. Hər bir şəxs cəmiyyətə faydalı olmağa çalışmalıdır və ya ən azından buna can atmalıdır. Ölkələr belə inkişaf edir.

 

 

8) III Maliyyə və İnvestisiya Forumu (FIF2019) haqqında məlumat verərdiniz.

4 may 2019-cu il tarixində Bakı şəhərində, “Pullman” oteldə ölkəmizin aparıcı şirkətlərinin iştirakı ilə “İnnovasiya və şəffaflıq” devizi altında III Maliyyə və İnvestisiya Forumu ilə keçiriləcəkdir. Bu ilki forumun keçirilməsində əsas məqsəd ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional miqyasda Azərbaycan Respublikasının mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaq və geniş auditoriyanı maarifləndirməkdən ibarətdir.

9) Azərbaycanda maliyyə sahəsində konsaltinq xidmətləri hansı dərəcədə inkişaf edib?

Azərbaycanda maliyyə sahəsində konsaltinq xidmətləri bazarı təəssüf ki arzuolunan səviyyədə inkişaf etməyib. Hələ də Azərbaycanda sahibkarlar investisiyalar yatırılarkən investisiyaların səmərəliliyini istənilən səviyyədə analiz etmirlər. Bazar araşdırılması və biznes planlar hazırlanmır və ya məhdud səviyyədə edilir. Nəticədə sahibkarlar yatırdıqları investisiyalardan gözlədikləri mənfəəti əldə edə bilmirlər və bu bir çox hallarda müəssisələrin qeyri-rentabelli fəaliyyəti və bağlanması ilə nəticələnir. Bunun üçün qərb ölkələrindəki qabaqcıl praktikaya baxsaq görərik ki sahibkarlar investisiya yatırmazdan öncə peşəkar konsultant şirkətlərə müracitər edir. Konsultant şirkət tərəfindən investisiya layihələrinin iqtisadi səmərəliliyin təhlili, bazar araşdırması aparılır, biznes planlar tərtib edilir, biznesin vergi yükü, rentabelliyi araşdırılır və sahibkarlar gözləntilərini real analiz nəticələrinə əsasən müəyyənləşdirirlər. Azərbaycanda konsultant şirkətlərin fəaliyyəti haqda məhdud səviyyədə məlumat var. Sahibkarları konsultant şirkətlərinin fəaliyyəti haqqında maksimum dərəcədə məlumatlandırmaq və maarifləndirmə işlərini gücləndirməyə ehtiyac var.

10) “Baker Tilly” haqqında məlumat verərdiniz?

“Baker Tilly İnternational”, peşəkar xidmətlər təklif edən müstəqil şirkətlərin birləşdiyi beynəlxalq auditor-konsaltinq şirkətidir. Qlobal səviyyədə Baker Tilly şirkəti 147 ölkədə 33,600 əməkdaşı olan illik dövriyyəsi 3.4 milyard ABŞ dolları olan bir şəbəkədir. Məcmu gəlirə əsasən, dünyada 8-ci böyük mühasibat uçotu və biznes məsləhət xidmətləri göstərən şəbəkə şirkətidir. Baker Tilly şirkəti Azərbaycanda 10 ildən çox fəaliyyət göstərir və 100-ə yaxın əməkdaşı var. Audit, vergi, biznes və maliyyə sahəsində məsləhət xidmətləri göstərir.