“Bu ilin I rübündə Azərbaycanda muzdla işləyənlərin sayında ötən ilin I rübü ilə müqayisədə 114 mindən çox artım olub".

“Report” xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xəqani Abdullayev Bakıda keçirilən “III Milli Mühasiblər Forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, artımın 97 mini qeyri-neft sektorunun payına düşüb: “Son nəticədə qeyri-neft sektorunda əmək haqqı fondu 19%-dən çox artıb”.

Bundan başqa, X.Abdullayev qeyd edib ki, bu ilin ilk 4 ayında ölkədə qeyri-büdcə təşkilatları üzrə sosial ödəmələr 16% artıb. O, təmsil etdiyi qurumun vergi ödəyiciləri ilə daha sıx partnyorluq münasibətləri qura biləcəklərini ümid etdiyini bildirib.