2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 262 milyon manat artıb.

Trend-in məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinə daxilolmalar 3 milyard manatdan çox olub ki, bu da proqnozlaşdırılan göstəricidən 286,5 milyon manat çoxdur.

Nazir müavini əlavə edib ki, səyyar yoxlamaların sayı azalıb:

“Beş ay ərzində cəmi 176 səyyar yoxlama keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə azdır”.