Rusiya müharibənin 732-ci günü üçün Ukrayna ordusunun itkiləri haqqında məlumatı yeniləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 574 təyyarəsi, 267 helikopteri, 13 392 PUA-sı, 473 zenit-raket kompleksi, 15 220 tank və digər zirehli texnikası, 1 225 reaktiv yaylım atəş sistemi, 8 161 artilleriya və minaatanı, 19 055 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o qeyd edib.