Bir müddət öcə Mərkəzi Bank uçot dərəcəsini aşağı saldığını bəyan etdi. Nəticə etibarilə uçot dərəcəsi 15%-dən 9%-ə endirildi. Bunun da öz növbəsində bankların kredit faizlərinin azalmasına, onların maliyyəsinin artmasına və nəticədə real iqtisadiyyata dəstək olmasına kömək edəcəyi güman edilir. Maliyyə-bank üzrə iqtisadçı ekspert İldırım Qurbanov İqtisadiyyat.az-a verdiyi açıqlamada, uçot dərəcəsinin aşağı salınmasının bankların kredit faizlərini aşağı salacağına və real iqtisadiyyata müsbət təsir göstərəcəyini bildirib.

 

“Uçot dərəcəsinin aşağı salınmasını banklara dəstək kimi qiymətləndirmək olar. Bazar iqtisadiyyatı şəraitində banklar onurğa sütununu təşkil edir. Bankların maliyyə vəziyyəti yaxşı olmalıdır ki, real iqtisadiyyatı da maliyyələşdirə bilsinlər. Sahibkarlığın inkişafına da dəstək olsunlar. Bu baxımdan uçot dərəcəsinin aşağı salınması bankların maliyyə vəziyyətinin sabitləşdirilməsinə təkan verən əsas amillərdən biri kimi qiymətləndirilə bilər”.

 

Mehman Nəbiyev