Türkiyədə siqareti tərgitmək üçün müalicə və bu çərçivədə Səhiyyə Nazirliyi tərəfindən paylanan dərmanlar pulsuz olacaq.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir, bu barədə müvafiq qərar qəbul edilib.

Qərara görə, ölkədə siqaretdən əziyyət çəkənlər ödənişsiz müalicə və dərmanlardan, eləcə də bu istiqamətdə güzəştli dövlət xidmətlərindən yararlana biləcək.