Türkiyədə “Qardaş Köməyi” Platforması yaradılıb.

Platforma zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Azərbaycan və Türkiyənin aidiyyatı dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyətin həyata keçirilməsini razılaşdırıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Sədr sahibkarları platformaya qoşulmağa dəvət edir.

Qeyd edək ki, zərər çəkənlərə pul, tibbi ləvazimat və s. yardım göstərmək istəyən sahibkarlar KOBİA-ya (+994 55 200 01 51) da müraciət edə bilərlər.