Təhsil Tələbə Krediti Fondu üçün 2023-cü il üzrə maliyyə hesabatlarının auditi keçiriləcək.

Bu barədə İqtisadiyyat.az Fonddan məlumat əldə edib.

Fondun ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin kənar auditi aparılacaq, maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunluğu yoxlanılacaq və müstəqil audit rəyi veriləcək.

Buna görə də Fond müstəqil auditor axtarır.