ABŞ prezidenti Donald Trampın sözləri neftin qiymətlərinin ucuzlaşmasına yol açıb. İqtisadiyyat.Az modern.az-a istinadən xəbər verir ki, Brent markalı neft 71,19 dollara qədər ucuzlaşıb.

Tramp İrana qarşı sanksiyaların şiddətləşməsi fonunda Səudiyyə Ərəbistanı və digər ölkələrin neft hasilatını artıracağı ilə bağlı söz verdiyini xatırladıb.