İqtisadiyyat.az türk mediasına istinadla bildirir ki, prezident Trampın Konqresə göndərdiyi məktub Ağ Ev tərəfindən nəşr olunub. Məktubda, 1974 Ticarət Qanununun 502 (2) (2) maddəsi istinad verilərək, "Türkiyəni inkişaf etməkdə olan ölkələrə təqdim edilən “Ümumi Tənzimləmə Sistemi” (GTS) Proqramından çıxarmaq niyyətimi sizə bildirirəm" ifadəsi işlədilib. Tramp məktubunda deyir: "Türkiyənin iqtisadi vəziyyəti göz önündədir. Onun GTS-dən faydalanan inkişaf etməkdə olan ölkələr siyahısından çıxarılmağını düşündüyüm üçün bu addımı atıram. Kasıblığın azalması, adam başına düşən illik milli məhsul və ticarət etdiyi ölkələrlə idxalın artması və Türkiyədəki sektorlar, inkişaf etmiş ticarətinin göstəricisidir. Buna əlavə olaraq Türkiyə, inkişaf etmiş iqtisadiyyatı sayəsində və etdiyi qarşılıqlı anlaşmalarla digər inkişaf etmiş ölkələrin səviyyəsinə gələrək digər ölkələrin GTS proqramlarından da keçmişdir". Məktubda həmçinin, ABŞ-ın Türkiyə ilə ədalətli ticarət əlaqələrini davam etdirəcəyi də vurğulanıb. Trampın Konqresə göndərdiyi digər məktubda Hindistanın da sözügedən sistemdən çıxarılması təklif olunub. Hindistan son illərdə proqramdan ən yaxşı faydalanan ölkələrin önündə gedirdi. ABŞ rəsmi qaynaqlarında yer alan məlumata görə, 1974-cü ildə qüvvəyə minən GTS proqramı, Türkiyənin də daxil olduğu 131 inkişaf etməkdə olan ölkənin ümumi 3 min 474 məhsuluna ABŞ-a gömrüksüz idxal imkanı təmin edirdi.