Azərbaycan ərazisində fevralın 7-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman ehtimalı var.

Mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.