Saatlıda canavarlar kəndə hücum edib, 14 baş xırdabuynuzlu heyvanı parçalayıb, 8-ni yaralayıb.
İqtisadiyyat.az-ın report.az-a istinadən məlumatına görə, hadisə səhər saat saatlarında rayonun Qaranuru kəndində qeydə alınıb.
Belə ki, bir neçə canavar kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfata hücum edib. Qəhəldə saxlanılan xırdabuynuzlu heyvanlardan 14-nü parçalayıb, 8-ni isə yaralayıb.
Bu barədə baytarlıq şöbəsinə məlumat verilib.
Hadisə yerinə gələn baytarlar tərəfindən ərazidə dizinfeksiya işləri aparılıb, yaralı heyvanlara isə vaksin vurulub.