Ramazan ayının ilk günü mart ayının 11-i başlayır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
İdarənin təqviminə əsasən, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.
Ramazan bayramı aprelin 10-11-nə təsadüf edəcək.
Qeyd edək ki, Türkiyə Dəyanət İşləri Nazirliyi də 11 martın Ramazanın ilk günü olduğunu elan edib.