Qubadlı rayonunun Qaraqoyunlu kəndi Tatar kənd inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir.

Qaraqoyunlu kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.

İqtisadiyyat.az AZƏRTAC-a istinadən işğal dövründə erməni vandalizminə məruz qalmış Qaraqoyunlu kəndinin görüntülərini təqdim edir.