Dünya birjalarında qızılın 1 unsiyasının dəyəri 1500 dolları ötüb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Comex-də qızılın unsiyasının dəyəri 1,2% bahalaşaraq 1502,30 dollar olub. Bu isə 2013-cü ildən bəri ən yüksək göstərici olub.

Bahalaşmaya səbəb isə ABŞ və Çin arasında ticarət müharibəsinin sürətlənməsi, qlobal böyümənin yavaşlaması və mərkəzi bankların pul siyasətini yumuşaldması olub.