Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (fevral müqavilələri üzrə) 0,15% azalaraq, 1 823,3 ABŞ dollarına bərabər olub.

Bu barədə İqtisadiyyat.az birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) 0,45% azalaraq, 24,14 dollar təşkil edib.