"Qırmızı dənizdəki böhran Transxəzər nəqliyyat dəhlizinin potensialını artırmaq və ondan qlobal ticarətdə istifadə etmək üçün yeni imkanlar açıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Nəqliyyat Assosiasiyasının rəhbəri Şerafettin Aras deyib.

Onun sözlərinə görə, Türkiyə bu layihənin həyata keçirilməsində və onun qlobal ticarət imkanlarının açılmasında aparıcı rol oynaya bilər:

"Qırmızı dənizdə baş verən hadisələr Transxəzər dəhlizinin əhəmiyyətini artırıb. Türkiyə logistika və investisiya potensialı ilə bu layihənin reallaşmasında və qlobal ticarət imkanlarının açılmasında, xüsusilə də Avropa arasında aparıcı rol oynaya bilər".

Orta Dəhliz kimi tanınan "Transxəzər" beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanır. Bu dəhlizin bir hissəsi istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir.

 

Gözəl Həşimova