Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

***

09.58

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yola düşüb

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğız prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, səfər zamanı dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələləri, o cümlədən gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivləri müzakirə olunacaq.

 

Gözəl Həşimova