İsrail və HƏMAS qruplaşması arasında Qəzza zolağında davam edən döyüşlər nəticəsində ölənlərin sayı 26 751-ə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralıların sayı isə 65 636-ya yüksəlib.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.
Əli Ağayev