Avqust ayının sonundan etibarən fermerlər taxıl və kartof əkinlərini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər.
Aqrar Sığorta Fondundan verilən məlumatda, təqribən 11 000 manatlıq kartof məhsulu yığılan sahə üçün fermerin ödəyəcəyi sığorta məbləği açıqlanıb.
Bir hektar üçün nəzərdə tutulan sığorta haqları aşağıdakı kimidir:
Qarabağ regionu - 73 manat
Şərqi Zəngəzur regionu - 73 manat
Şəki-Zaqatalada - 120 manat
Lənkəran-Astara region - 49 manat
Qazax-Tovuz ərazisi - 180 manat
Mərkəzi Aran rayonları - 59 manat
Quba-Xaçmaz bölgəsi - 49 manat
Mil-Muğan regionunda - 59 manat
Abşeron-Xızı bölgəsində - 49 manat.
Gəncə-Daşkəsən regionunda - 180 manat
Şirvan-Salyan zonasında - 59 manat
Dağlıq Şirvan bölgəsində - 46 manat
Bakıda - 49 manat.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizi fermerlərə dəstək üçün dövlət ödəyəcək.