"Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar ən seçilən ixtisaslar olacaq".

Bunu İqtisadiyyat.az-ın sualına cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Hələ ki, ali təhsil müəssisələri üzrə gələn ilin tələbə qəbulu planları təsdiqlənməyib və buna görə Qarabağ Universitetindəki plan yerləri ilə bağlı indidən nəsə deyə bilmərəm. Amma əminəm ki, tədrisi nəzərdə tutulan ixtisaslar ən seçilənlərdir", - M.Abbaszadə əlavə edib.

Qeyd edək ki, Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq. İlk mərhələdə 24 ixtisasın tədris olunacağı nəzərdə tutulub. Növbəti mərhələdə ixtisas seçimlərinin sayının artırılacağı gözlənilir. Ali təhsil müəssisəsində 1000 tələbənin təhsil alması planlaşdırılır.

Sadiq Cavadov