Rusiya prezidenti Vladimir Putin "İlin geosiyasi qalibi" mükafatı adına layiq görülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə analitik-yazar Cerard Bekrin “The Wall Street Journal”ındakı məqaləsində bildirilib.

"Kiyevin əks-hücum əməliyyatları dayanıb. Bununla yanaşı Putinin iqtisadiyyatı Qərbin sanksiyalarına tab gətirib. Həmçinin Avropanın qətiyyəti zəifləyir, Amerikanın dəstəyi isə qırılır", - müəllif fikirlərini əsaslandırıb.

Analitik-yazar həmçinin İlon Maskı “İlin biznes qalibi” adlandırıb.

Sadiq Cavadov