Bəzi vətəndaşlara “Sorğunuzla bağlı araşdırma aparılır” cavabı gələcək. Çünki həmin şəxslərlə bağlı araşdırmalar davam edir.

İqtisadiyyat.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Orxan İsmayılovun sözlərinə görə, bu gündən vətəndaşlara SMS gələcək.

Onlar növbəli şəkildə banklara dəvət ediləcəklər.

Mətbuat katibi Elşən Allahverdiyev deyib ki, o vaxtadək vətəndaşların banka getməsinə ehtiyac yoxdur. 

“Ümumilikdə bir milyon şəxsin hazırda portalda şəxsi vərəqəsi var. Bunlardan 600 mini kompensasiya, 400 mini kreditlərin restruktrizasiyası ilə bağlıdır”.