"Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır. Biz bununla bağlı təhlükəsizliyə zəmanət veririk".
İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan əlavə edib ki, İrəvan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirə bilər.
***18:55
Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
İqtisadiyyat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.
O əlavə edib ki, bu, ölkəsinin rəsmi mövqeyidir.